"Neftçala" medallardan imtina etdi

Azərbaycan birincin divizionunda bu gün keçirilən  "Neftçala” – "Energetik” matçından sonra gərgin anlar yaşanıb.

Hələ ötən tur çempionluğu təmin edən "Neftçala” klubu qarşılaşmadan sonra mükafatlandırma mərasiminə qatılmalı idi.

Lakin çempion komandanın oyunçuları əvvəlcə bundan imtina ediblər.

Newsport.az-ın məlumatına görə, onlar medalları almaq istəməyiblər. Səbəb isə birinci divizion çempionu kimi növbəti mövsüm Azərbaycan Premyer Liqasına qatılmamaq təhlükəsi ilə üzləşə biləcəkləri olub.

Amma Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev çıxış edərək belə narahatlığa əsas olmadığını deyib. O bildirib ki, hələ bu məsələyə qarşıdakı günlərdə aydınlıq gələcək. Bundan sonra isə futbolçular öz medallarını almaq üçün kürsüyə qalxıblar.

İdmanxeber.com





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right