“Qəbələ”nin braziliyalı futbolçusu Dodo ölkəsinin mətbuatına maraqlı açıqlamalar verib.
Newsport.az -ın məlumatına görə, "qırmızı-qaraıar"ın aparıcı üzvü medalçılar sırasına düşmək istədiklərini bildirib:
“Premyer Liqanı mükafatçılar sırasında başa vurmaq istəyirik. Bizi qarşıda finala bərabər iki oyun gözləyir. İnanıram ki, bu vəzifənin öhdəsindən gəlməyi bacaracağıq”.
Kapitan Avropa Liqasındakı çıxışlarından da söhbət açıb: “Cari mövsüm mənim üçün xüsusi əhəmiyyətli oldu. Avropada yaxşı oyun sərgilədik. Avroliqanın qrup mərhələsinə yüksəlməyi bacardıq. Hansı ki, hər kəs bunu arzulayırdı. Növbəti mövsümdə də bu uğuru təkrarlamaq niyyətindəyik. Bunun üçün şanslarımız var”.
Qeyd edək ki, “Qəbələ” hazırda turnir cədvəlində 53 xalla 5-ci pillədə qərarlaşıb.