Azərbaycanın 17 yaşlılardan ibarət yığmakomandasının baş məşqçisi Təbriz Həsənov postundan ayrılacaq. ]
Newsport.az -ın məlumatına görə, buna AFFA rəhbərliyi ilə Məşqçilər Komitəsini bu gün baş tutan iclasında qərar verilib.
Amma o, üç ildir çalışdırdığı komandadan ayrı qalmayacaq. Məsələ burasındadır ki, AFFA Həsənovu U-18-ə baş məşqçi təyin edəcək.
Həsənovun U-17-dəki vəzifəsini isə U-16-nı çalışdıran Rafiq Mirzəyev tutacaq.
Qeyd edək ki, AFFA bu təcrübədən yararlanmaqla həmin mütəxəssislərin onların daha yaxından tanıdıqları futbolçulardan ayrı düşməməsinə çalışır.