Avropada 10-cu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan Avropa çempionatında ¼ final mərhələsindən ən çox xal toplamaqla kənarda qalıb.

Newsport.az -ın məlumatına görə, Təbriz Həsənovun yetirmələri yer aldığı A qrupunda 3 oyuna 4 xal toplayıb. 
 
Azərbaycan milli komandası bu göstərici ilə qrupda qalan İtaliya və Fransa yığma komandalarını qabaqlayıb.  Sıralamada yığma komandamız Danimarka ilə birgə 9 və 10-cu yerləri bölüşdürüb. 
 
Qeyd edək ki, 1/4 final mərhələsi çərçivəsində mayın 14-də Portuqaliya – Avstriya və Almaniya – Belçika, mayın 15-də isə İspaniya – İngiltərə və İsveç – Hollandiya qarşılaşmaları baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right