"Ümidləri doğrultsam,..." - Millimizin yeni baş məşqçisi

Çimərlik futbolu üzrə Azərbaycan yığmasının yeni baş məşqçisi təyin olunan Zeynal Zeynalov təynatı ilə bağlı açəqlama verib.

Newsport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Joze Miqel Mateusun baş məşqçi postundan niyə getdiyinin səbəbini bilmirəm. Bu postu mənə ilin sonuna kimi həvalə ediblər.Mənə çimərlik futbolu doğmadı,mən çimərlik futbolunda oynamışam və məşqçi kimi də fəaliyyət göstərmişəm.Amma baş məşqçi kimi ilk iş yerimdi.Mənə etibar etdiylərinə görə rəhbərliyə öz minnətdarlıqımı bildirirəm.Çalışacam ki,əlimdən gələni edim rəhbərliyin etimadını doğruldum.Bu ilin sonunda bizi Avroliqa və dünya çempionatının oyunları gözləyir. Ümidləri doğrultsam, istisna deyil ki, mənimlə əməkdaşlığı davam etdirməkdə maraqlı olsunlar.Hər bir futbolçunun və məşqçinin arzsudur ki,milli komanda üçün əlindən gələni etsin.Mənim üçün də millinin baş məşqçisi olamq fəxrdir. Oyunçu karyerama gəlincə, bu təyinatdan sonra onu başa vurmağa qərar verdim. Çünki eyni vaxtda ikisini də həyata keçirmək çətin olardı".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right