“Başıaşağı durmaq üçün səbəb yoxdur” – Şahin Diniyev

"Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyə etdik. Birinci hissədə meydandakı "Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar. İkinci yarıda komanda dayandı"
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqanın 34-cü turunda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.
"Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı" - deyə o bildirib. 
Ş.Diniyev irəli baxmaq lazım olduğunu söyləyib: "Qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldur, uda da bilərsən, uduza da. Gəlin, unutmayaq ki, bu heyət "Kəpəz”i Avroliqaya çıxarıb”.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right