Türk klubunun müdafiəçisi Azərbaycan millisinə dəvət edildi

Türkiyə birinci liqasında çıxış edən “Qaziantep Böyükşəhər Bələdiyyəspor”un futbolçusu Ufuk Budak millimizə çağırılıb.

Newsport.az-ın məlumatına görə, yığmanın baş məşqçisi Robert Prosineçki 25 yaşlı müdafiəçini Andorra, Makedoniya və Kanada ilə yoxlama matçları üçün milliyə dəvət edib.

Bundan başqa, Türkiyə mətbuatı U.Budakın bu mövsüm uğurlu çıxışı ilə seçildiyini və superliqa klublarının maraq dairəsinə düşdüyünü yazıb.

Budak sonuncu dəfə 2014-cü ildə həmin vaxt yığmanın baş məşqçisi olan Berti Foqts tərəfindən milliyə çağırılıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right