Roman Qriqorçuk “Qəbələ” azarkeşlərini satqın adlandırdı

Azərbaycan Premyer Liqasının XXXIV turunda "Qarabağ” "Əlincə Arena”da "Qəbələ”ni 2-0 hesabıyla məğlub edib.
 
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında  "Qəbələ”nin baş mşqçisi Roman Qriqorçuk fikirlərini bildirib:
 

"Rəqibi qələbə münasibətiylə təbrik edirəm. Onlar doğrudan da güclü komandadırlar. Onların güclü olması, turnir cədvəlində də öz əksini tapır”.
 
- "Qarabağ” artıq işini bitirib. Bu günkü oyunda sizdən yaxşı oyun gözləsək də, bunun şahidi olmadıq. Səbəb nədir?
- Hücumdan müdafiəyə qoşularkən səhvlərə yol verdik. Hesabda geri olduğumuz zaman təzyiqi artırmalıydıq. Amma bunu bacarmadıq.
 
- Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?
- Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.
 
- Cavid Hüseynovun yoxluğunda komandanızı arxasınca aparan lider futbolçu yoxdur... 
- Cavidi çox istəyirəm. Onun yoxluğu hiss olunur. Komandamızda çox lider futbolçu olmalıdır. 
 
- Azarkeşlərinizi satqın adlandırdınız. Düşünürsünüz ki, azarkeşləriniz sizi kiməsə satıb?
- Deməzdim ki, satqınlıq. Amma məndə belə bir hiss yaradırlar. Bizi Avropa Liqasında dəstəkləyən azarkeşlərin bu gün belə bir münasibət göstərməsini qəbul edə bilmirəm. Gələcəkdə vəziyyətimiz düzəlsə, mən o insanlarla ünsiyyət qurmayacağam.
 
- "Qəbələ” azarkeşlərini satqın adlnadırdınız. Qəbələyə qayıtmaqdan qorxmursunuz?
- Satqınlıq deməzdim, belə bir hiss yaşadığımı deyərdim. Qəbələyə qayıtmaqdan qorxmuram və sözümün arxasındayam.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right