Qəbələ azarkeşləri: "Qriqorçuk - istefa!"

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçının bitiminə dəqiqələr qalmış qonaq komandanın azarkeşləri baş məşqçiylə haqq-hesaba girişib.

Newsport.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, "Qəbələ" fanatları "Qriqorçuk - istefa"sədaları ilə baş məşqçiyə etirazlarını bildiriblər. Komandalarının qeyri-sabit oyunundan narazılıqlarını gizlətməyən qəbələli fanatlar əyalət təmsilçisinin 0:2 hesablı məğlubiyyəti rəsmiləşməyə yaxınlaşdığı anda ukraynalı mütəxəssisi xoşagəlməz şüara "qonaq ediblər".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right