"Qarabağ"da ciddi itki

Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçının 65-ci dəqiqəsində meydan saibləri ciddi itki ilə üzləşib.
Newsport.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, komandanın liderlərindən olan Riçard Almeyda zədələnərək, meydanı tərk edib.

Yarımmüdafiəçi "Qəbələ"nin qolkiperi Dmitri Bezotosnoyla mübarizə zamanı sıradan çıxdı. Futbolçu dərhal baş məşqçi Qurban Qurbanovdan əvəzlənməyi xahiş etdi. Braziliyalının əvəzinəmeydançaya Əfran İsmayılov daxil oldu.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" matçında hesab 2:0 ölkə çempionlarının xeyrinədi.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right