"Sumqayıt" son oyunlar yaxşı oynayır. Futbolçularımı təbrik edirəm. Uşaqlara dedim ki, belə gərgin oyunlar olur. Geridönüş etmək çətin olsa da, bunu bacardıq".
Newsport.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 34-cü turunda "Rəvan"a 3:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Pərdis son oyunlar yaxşı formadadır. Onu saxlamaq fikriniz var?
- Gələcəyimiz bilinmir. Bu haqda heç nə bilmirik. Hələ ki qərar verməmişik.
- Xəyal və Nicat sanki həyəcanlı idilər?
- Xəyal və Nicata şans verməliyik. Onlar bişməlidir. Hər ikisinə güvənirəm.