Azərbaycanda daha bir futbolçu ölümdən döndü

Azərbaycan Premyer Liqasının XXXIV turunda öz meydanında "Xəzər Lənkəran”la qarşılaşan "İnter”in futbolçusu İlkin Qırtımov ağır xəsarət alıb.

Newsport.az-ın məlumatına görə, epizodların birində cənubluların futbolçusu Xəqani Sadıqovla hava mübarizəsinə girən müdafiəçi başına aldığı zərbə ilə yerə yıxılıb.
 
Oyuna yenicə daxil olmuş İlkinə komanda yoldaşları ilə bərabər klub həkimi də kömək etmək üçün cəhd edib. Əvvəlcə oyunçunun vəziyyəti ağır hesab olunub və təcili tibbi yardım maşını da meydançaya girib. Lakin sonradan həkimlərin müdaxiləsi ilə "22 nömrə” meydandan çıxarılıb və dərhal əvəz olunub.
 
Oyun başaçatdıqdan sonra Qırtımov təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
 
Qeyd edək ki, iki tur əvvəl "bankirlər”in "Sumqayıt”la oyununda hücumçu Rauf Əliyev də başına zərbə almış, ciddi zədələnərək təcili yardım maşını ilə xəstəxanaya aparılmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right