Zaur Svanadze: “Komandada boşalma hiss olundu”

Azərbaycan Premyer Liqasının XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul edib. Oyun paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Savanadze fikirlərini bildirib:
 
İlk hissədə yaxşı oynadıq. Hətta iki qol vurduq. İkinci hissədə komandada boşalma hiss olundu. Düşünürəm ki, futbolçular yorğundu. Amma ikinci hissədəki oyunun səbəbləırini araşdıracağıq”.
 
- "İnter”in autsayder komanda qarşısında gücsüz olmasının səbəbi nədir?
- Futbolçuların yorğunluğunu kuokdakı oyunla əlaqələndirərdim.
 
- Oyunun gedişində zədələnən İlkin Qırtımovun durumu necədir?
- Hələ ki, bundan məlumatımız yoxdur. 
 
- Rəhbərlik qarşısınıza çempionat hansı pillədə başa vurmaq tapşırığı qoyub?
- Əlbəttə, mükafatlar uğrunda mübarizə aparırıq. Rəhbərlik qarşımıza bacardığımız qədər irəliləmək məqsədi qoyub





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right