Azərbaycan Premyer Liqasının XXXIV turunda "İnter” öz meydanında "Xəzər Lənkəran”ı qəbul edib. Oyun paytaxt klubunun 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Xəzər Lınkəran”ın məşqçisi Ağadadaş Həmidov fikirlərini bildirib:
"Bildiyiniz kimi ilk oyunum idi. Uşaqları oyuna çox yaxşı kökləmişdik.Heç olmasa 1 xal qazanmaq istəyirdik. İkinci hissədə hücumda olsaq da, son nöqtəni qoya bilmədik. İkinci hissədə taktiki dyişiklik etdik”.
- Komandada ştatlı penalti vurmaq kimin ixtiyarndadı?
- Ştatnı penalti vuranımız Vüqar Bəybalayevdi.
- Elbrus Məmmədovun gedişindən sonra Kamran Avdullazadə niyə komandaya qaytarıldı?
- Kamranın Elbrus müəllimlə heç bir problemi yoxdur. Tural Qürbətovu bu günkü oyunda oynada bilmədiyimiz üçün, Kamranı əsas komandaya cəlb etmişdim.