Bakıda təşkil edilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının qrup mərhələsinin son matçında Azərbaycana 0:1 hesabıyla uduzan Şotlandiya millisinin baş məşqçisi Skot Gemil oyunla bağlı fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis oyundan sonra bunları deyib:
- Azərbaycan millisini təbrik edirəm. Rəqib komandanın üzvləri oyuna çox motivasiyalı çıxmışdılar. Bu, bizim üçün yaxşı təcrübə oldu.
- Şotlandiya millisi meydanda çox həvəssiz görünürdü...
- Bizim oyunçular həmişəki kimi, oyuna motivasiyalı çıxmışdılar.
- Komandanız aqressiv oyun nümayiş etdirirdi. Bu, nə ilə bağlı idi?
- Onlar aqressiv deyildilər. Sadəcə, çox mübarizə aparırdılar. Aqressiya da futbolun bir hissəsi sayılır. Futbolçular özlərini göstərmək üçün çalışırdılar.