"Zirə"nin taleyinə mayın 16-da aydınlıq gələcək

"Zirə"nin 2016-2017 avrokuboklar mövsümündə çıxış edib-etməyəcəyi mayın 16-da bəlli olacaq.

Newsport.az-ın məlumatına görə, həmin gün AFFA-nın lisenziyalaşdırma komissiyasının iclası baş tutacaq. Məhz həmin iclasda həm debütantın, həm də digər klublarımızdan hansıların avrokuboklara yollanacağına aydınləq gələcək. Amma "Zirə"nin taleyi AFFA-dan yox, UEFA-dan daha çox asılıdır. Qitə futbol qurumunun "Zirə" ilə bağlı mövqeyi böyük rol oynayacaq.

Qeyd edək ki, UEFA-nın qaydalarına görə, avrokuboklara vəsiqə qazanan klub ən azı üç il fəaliyyət göstərməlidir. Amma "Zirə" nin cəmi iki yaşı var ki, qitə futbol qurumunun bunu əsas gətirib, zirəliləri Avropa Liqasına buraxmayacağı gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right