Mövsüm başa çatdıqdan sonra Bakının "İnter” klubunun bir neçə futbolçusu ilə müqavilə müddəti başa çatacaq.
Newsport.az saytının məlumatına görə, bu futbolçulardan biri də braziliyalı müdafiəçi Denis Silva Kruzdur.
Əldə etdiymiz məlumata görə, təcrübəli futbolçu Bakı klubunda qalmağın əleyhinə deyil. "Bankirlər” Denisə yeni müqavilə təklif etsə, 30 yaşlı futbolçu ölkəmizi tərk etməyəcək.
Qeyd edək ki, 2008-ci ildən bu yana mütəmadi olaraq ölkəmizdə top qovur. Daha öncə "Xəzər Lənkəran”da oynayan Denis 2013-15-ci illərdə "Neftçi”nin də şərəfini qoruyub. Müdafiəçi cari mövsümdən "İnter”də çıxış edir.