“Kəpəz” Gəncədə məşqə çıxdı

Azərbaycan Premyer Liqasının 34-cü turunda Gəncə şəhər stadionunda "Neftçi”ni qəbul edəcək "Kəpəz” bu gün Nizami yurduna gəlib. 
Newsport.az-ın məlumatına görə, komanda matçın keçiriləcəyi arenada saat 16:00-da məşqə çıxıb.
İsinmə hərəkətlərinin yerinə yetirilməsi illə başlayan hazırlıq prosesi təxminən 1 saat çəkib. Yüngül xarakter daşıyan məşq toplu çalışmalarla davam edib.

"Kəpəz”in zədəli futbolçusu Ceyhun Cavadov sağalmadığından yarımmüdafiəçi Gəncəyə gətirilməyib. Bu o deməkdir ki, Cavadov "Neftçi” ilə də oyunu buraxacaq.

Qeyd edək ki, "sarı-göylər”in hazırlığını 100-ə yaxın azarkeş izləyib. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right