Azərbaycan I divizion təmsilçisi “Şahdağ” klubuna texniki məğlubiyyət verilib.
Newsport.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, buna komandanın 15-ci turda “Şərurspor”la matça çıxmaması səbəb olub.
Qusar təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 500 manat cəribə olunub.