Elxan Məmmədov xəstəxanada millimizin qapıçısı ilə görüşdü

AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət milli komandamızın qapıçısı, Belçika ilə görüşdə zədələnərək birbaşa xəstəxanaya aparılan Məmməd Hüseynova baş çəkib. 

Newsport.az-ın məlumatına görə, baş katib Azərbaycan - Belçika oyunundan dərhal sonra xəstəxanaya yollanıb. Orada Məmməd Hüseynovla görüşən Elxan Məmmədov, gənc qapıçıya tezliklə yaşıl meydanlara qayıtmağı arzulayıb.

Qeyd edək ki, beyni silkələnən Məmməd Hüseynov 2 həftə yaşıl meydanlardan kənarda qalacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Şəfa İmişli
Banner left
Banner right