Bu gün 17 yaşadək futbolçular arasında Bakıda keçirilən Avropa çempionatında Azərbaycan milli komandası növbəti oyununu keçirib.
Newsport.az-ın məlumatına görə, yığma komandamız Belçika millisi ilə 1-1 hesablı bərabərlik əldə edib. Oyundan sonra keçirilən mətbuat konfransında Azərbaycan milli komandasının baş məşqçisi Təbriz Həsənov fikirlərini bildirib:
"Futbolçularıma təşəkkür edirəm. Bu mənim üçün qələbə kimi oyundur. Uşaqları 5-0 hesabdan sorna oyuna hazırlaşamaq çətin idi. Qalib gələ bilərdik, həmçinin məğlub ola bilərdik. Yenə deyirəm bu oyun mənim üçün qələbəyə bərabər oyun idi”.
- Futbolçuları matça kökləmək çətin deyildi?
-Mən saytları oxumuram. Ancaq futbolçular oxuyur. Mənə deyirlər ki, "müəllim mənim barəmdə elə yazırlar”. Onlara təsir edir. Mən onlara saytları oxumamağı tapşırmışam. Futbolçuları oyuna motivasiya etmək çətin idi. Ancaq bütün tənqidlərə norma baxıram.
- Bu gün oynadığınız futbolu Portuqaliya ilə oyunda sərgiləyə bilməzdiniz?
- İlk oyunda futbolçularımızda gərginlik var idi. Bəlkə də, ölkə başçısının stadiona gəlməsi də buna təsir etdi. Ola bilər, Portuqaliya ilə oyunda daha kiçik hesabla məğlub ola bilərdik.
- Millimizin qrupdan çıxmaq şansı nə qədərdir?
- Qrupdan çıxmaq üçün nəzəri şansımız var. Portuqaliya millisi Belçikanı böyük hesabla məğlub etsə, biz də Şotlıandiya üzərində qələbə qazansaq, qrupdan çıxa bilərik. Qrupdan çıxmaq üçün sona qədər mübarizə aparacağıq.
- Komandanın kapitanı səhvlərə yol verirdi. Kapitanlıq sarğısını başqasına vermək olmazdımı?
- Nəzərə alın ki, onlar peşəkar səviyyəli futbolçular deyillər. 17 yaşlı futbolçunun səhv etməsi normaldı.
- İbrahim Qədirzadə Premyer Liqada bütün oyunlarda forma geyinir. Onun ehtiyyatda qalmasına səbəb nədir?
- Bu gün biz fərqli sitemdə oynamışdıq. Məhz bu səbəbdən də İbrahim oynamırdı. Onun oynaması sırf bununla bağlı idi.