Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının A qrupunun ikinci oyunları çərçivəsində "Bakcell Arena”da baş tutan Azərbaycan – Belçika oyununda şokolay yaşanıb.
Newsport.az saytının stadionda olan əməkdaşının verdiyi məlumata görə, oyunun gedişi zamanı milli komandamızın qapıçısı Məmməd Hüseynov ağır zədə alıb. Huşunu itirən milli komandamızın əlcək sahibi dərhal təcil tibbi yardım maşını vasitəsylə xəstəxanaya aparılıb.