Azərbaycan kubkunun finalının keçiriləcəyi məkan!

Azərbaycan kubokunun finalının keçiriləcəyi məkanın adına böyük ölçüdə aydınlıq gəlib.

Newsport.az saytının məlumatına görə, "Qarabağ” və "Neftçi” komandaları arasında baş tutacaq qarşılaşma böyük ehtimalla Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. 
 
Belə ki, finalın "Əlincə Arena”da keçirilməsi üzərində müzakirələr aparılsa da bu mövzunun üzərində çox dayanılmayıb. Hazırda ən real variant kimi "Bakcell Arena” və Tofiq Bəhramov adına Respublika Stadionudur. Ancaq bizdə olan məlumata görə, oyunun "Bakcell Arena”da keçirilməsi də üstün tutulmayacaq. Buna səbəb isə finalın iştirakçısı "Neftçi”nin ev oyunlarını məhz sözügedən arenada keçirməsidir.    
 
Qeyd edək ki, Azərbaycan kubokunun final oyunu mayın 25-də keçiriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right