"Bu mövsüm bu oyuna kimi AZAL-dan xal götürə bilməmişdik. Bizim üçün problemli idi. Avropa Liqasına yollanmaq üçün AZAL-ı keçmək lazımdı".
Bunu Newsport.az-a açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Rəhman Hacıyev deyib.
Premyer Liqanın 33-cü turunda AZAL-la keçirilən görüşdən qalib ayrılan "Neftçi"i xalını 43-ə çatdıraraq "təyyarəçilər"lə xal fərqini ikiyə endirdi. Hacıyev AZAL-ı turnir cədvəlində qabaqlamaq istədiklərini də söyləyib: "Bütün oyunlar bizim üçün çox vacibdi, ona görə ancaq qələbə haqda düşünürük. Bilirik ki, "Qarabağ"ı finalda udsaq Avropa Liqasına yollanacağıq. Amma nəyə görə də AZAL-ı da turnir cədvəlində keçməyək? Biz demirik ki, ancaq ümidimiz kubokdu, xeyr. Bütün matçlar bizim üçün vacibdi. Hər iki cəbhədə oynamağımız da bizim üçün heç bir problem yaratmır".