"Mənə elə gəlir ki, yaxşı və maraqlı oyun oldu. "Qarabağ"a yaxşı müqavimət göstərdik. Məğlub olsaq da, pis oynamadığımızı düşünürəm".
Bunu Newsport.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Amit Quluzadə deyib.
"Gənclik şəhəri" təmsilçisinin üzvü Premyer Liqanın 33-cü turunda "Qarabağ"a 0:1 hesabı ilə məğlub olduqları matçla bağlı danışıb: "Biz hər oyuna yalnız qələbə üçün çıxırıq. "Qarabağ"la matçdan əvvəlki turda "İnter"lə oynadıq və həmin görüşdə qələbəyə çox yaxın idik. Ancaq təəssüflər olsun ki, alınmadı. Bircə onu deyə bilərəm ki, son turlarda komandamız çox yaxşı oynayır".