"Bizim üçün çox önəmli oyun idi. Xəzər Lənkəran" evdə asan təslim olan komanda deyil, bunu da bilirdik. Məşqçimizin tapşırılarını yerinə yetirməyə çalışdıq. Şükürlər olsun ki, biz layiqli qələbəmizi qazandıq".
Bunu Newsport.az-a açıqlamasında "Kəpəz"in müdafiəçisi Şəhriyar Rəhimov deyib.
O, fikirlərinə bu cür davam edib: "Kəpəz" öz gücünə Avropa Liqasına vəsiqə qazanmaq istəyir, xoşbəxtçiliyimizi başqasının kədərində axtarmırıq. Bundan sonrakı oyunlarda da çalışacağıq ki, öz mövqeyimizi qoruyaq. Hər oyuna necə hazırlaşırıqsa, "Neftçi" matçına da eyni cür hazırlaşacağıq. Eyni məsuliyyət və ciddiliklə hazırlaşırıq".