"Kubokda finala çıxmağımız bizi AZAL-la oyuna daha yüksək motivasiya ilə çıxmağımıza təsir etdi. AZAL-la xal fərqimiz beş olduğuna görə, bunu da azaltmaq istəyirdik. Şükür Allaha qalib gəlib xal fərqini ikiyə çatdırdıq. Qarşıdakı matçlarda da bu cür uğurlu çıxış etmək istəyirik".
Bunu Newsport.az-a açıqlamasında "Neftçi"nin müdafiəçisi Məqsəd İsayev deyib. AZAL-la matçdan sonra saytımıza danışan Məqsəd avrokuboklara vəsiqə qazanmaq istədiklərini bildirib: "Məqsədimiz avrokuboklara yollanmaqdı, fərqi yoxdu bunu Premyer Liqadan təmin edəcəyik, yoxsa kubokdan. Üç oyun qalıb mövsümün başa çatmasına, qarşıdakı bütün matçlarda maksimum xal qazanaraq, AZAL-ın da büdrəməsini gözləyəcəyik".