Anyete: "Finala çıxdıqdan sonra özümüzəinam daha da artdı" MÜSAHİBƏ

"Neftçi"nin hücumçusu Anyete AZAL-la matçdan sonra Newsport.az-a müsahibə verib:

- Oyun haqda hansı fikirdəsən?

- Oyun çox maraqlı alındı. Bu görüş bizim üçün çox vacib idi. Oyuna da qələbə üçün çıxmışdıq. Şadam ki, qələbə qazana bildik.

- "Qəbələ" ilə matçdan üzüağ çıxaraq finala vəsiqə qazandınız. Bu AZAL-la oyunöncəsi sizə ikiqat motivasiya oldu?

- Bəli, bu belədi. Finala çıxdıqdan sonra özümüzəinam daha da artdı. 

- Qol vurmağın üçün mövsümün sonunu gözləmək lazım idi?

- Öncələr mənim üçün çətin idi. Ancaq yavaş-yavaş formaya düşürəm. Ötən oyunlarda problemlər var idi. Əminəm ki, bundan sonra daha yaxşı olacaq. 

- Qələbədən sonra AZAL-la xal fərqiniz ikiyə endi...
- Əminəm ki, hər şey yaxşı olacaq. Sona kimi mübarizəmizi aparacağıq.

- Qarşıda sizi "Kəpəz"lə oyun gözləyir. Matç haqda hansı fikirdəsən?
- Bu çox çətin matç olacaq. Biz çalışacağıq ki, öz futbolumuzu göstərək və qalib gələk.

Mərdan Həsənov





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right