Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində "Zirə"nin qonağı olan "Qəbələ" 3:0 hesablı qələbə qazanıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası keçirilən mətbuat konfransında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bunları qeyd edib: "Həmin oyundan sonra futbolçularıma ciddi şəkildə xəbardarlıq etməmişdim. Bizim o oyunda bəxtimiz gətirməmişdi.
"Zirə"ni analiz edə bilmərəm. Yaxşı oynadıq və qalib gəldik. Bizim belə oyunlarımız çox olub. Biz bu oyunda şanslarımızı yaxşı dəyərləndirdik" - deyə, ukraynalı mütəxəssis fikirlərini yekunlaşdırıb.