Vəli Qasımov: "Tapşırığa uyğun oynadılar"

Azərbaycan Premyer Liqasının 33-cü turu çərçivəsində keçirilən "Neftçi" - AZAL oyunundan sonra meydan sahiblərinin baş məşqçisi Vəli Qasımov mətbuat konfransı keçirib.
Newsport.az-ın məlumatına görə, mütəxəssis yetirmələrinin ilk yarıdakı oyununu yüksək qiymətləndirib:
- Komanda ilk yarıda çox yaxşı oynadı. Futbolçular tapşırıqlara uyğun oynadı. Fasilədən sonra rəqibi əks-hücumda yaxalamaq istəyirdik. Şanslar oldu, ancaq istifadə edə bilmədik. 
- Kubokun yarımfinalı, indi də çempionat oyununda uğurlu nəticə. Nəyi dəyişmisiniz?
- Ardıcıl uğursuzluqlardan sonra toparlana bildik.
- "Neftçi" 5 müdafiəçiylə oynadı və indi boşluqlar az olur. Demək olarmı ki, komanda bu səpkidə problemi həll edib?
- Biz bu modeli hər komandaya qarşı tətbiq etməyəcəyik. Start heyətində 4 müdafiəçi də ola bilər, 5 də.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right