Qurban Qurbanov: "PFL hansı qərar qəbul etsə..."

Azərbaycan Premyer Liqasının XXXIII turunda "Qarabağ” – "İnter” oyunu baş tutub. Qarşılaşma "Qarabağ”ın 1-0 hesablı qələbəsi ilə başa çatıb.

Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib: 

"Qələbə seriyamızı sona qədər davam etdirək. Ola bilər ki, oyun istədiyimiz kimi alınmadı. "Sumqayıt”yaxşı futbol sərgilədi, oyuna çox yaxşı hazırlaşdıqları hiss olunurdu. Çox qol vurmaq istəsək də, rəqib buna imkan vermədi. Futbolçularımda çempionluqdan sonra arxayınlıq görmədim. Komandamı qələbə münasibətiylə təbrik edirəm. Çalışacıq ki. Bu ritmi sona qədər qoruyub saxlayaq”.
 
- "Qarabağ” növbəti mövsümdən sırf iki hücumçu ilə futbol oynaya bilərmi?
-Bu gün "Atletiko” da iki hücumçu ilə oynayır. Amma oyununu müdafiədən qurur. Düşünürəm ki, buna ehtiyac yoxdur. Amma ola bilər ki, hər hansı oyunda 2 hücumçu ilə meydana çıxa bilərik. Bəzən rəqibin müdafiə xəttində 4 futbolçu olur. Həmin futbolçular sayəsində hücumçunun yerini doldururuq.
 
- Kubokun finalının hansı stadionda keçirilməsinə razısınız?
- Kubok fərqli turnirdir. "Neftçi” yaxşı rəqibdir. Onların finaıda olması bizim üçün siqnaldır. Bizim üçün vacib olanı meydançanın yaxşı vəziyyətdə olmasıdır. PFL hansı qərar qəbul etsə, hörmətlə yanaşacağıq.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right