Azərbaycan Premyer Liqasının XXXIII turunda "Bayıl Arena”da "Rəvan” – "İnter” qarşılaşması baş tutub. Oyun "İnter”in 4-0 hesablı qələbəsi ilə başa çatıb.
Newsport.az-ın məlumatına görə, oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze fikirlərini bildirib:
"Çox yaxşı oynadıq. Oyun üstünlüyümüz şəraitində keçdi. Gənc futbolçuların belə oynaması məni sevindirdi. Qarşıdakı oyunlarımıza hazırlaşmalıyıq. Çempionatı yüksək səviyyədə başa vurmaq istəyirik. Nizaminin zədədən sonra qol vurması bizi sevindirdi. O hələ də hazır deyil”.