Muarem Muarem “Sumqayıt”a qarşı forma geyinə biləcəkmi?

Azərbaycan Premyer Liqasının XXXIII turunda çempionluğunu rəsmiləşdirən "Qarabağ” "İnter Arena”da "Sumqayıt”ı qəbul edəcək.

Newsport.az saytının məlumatına görə,Ağdam təmsilçisi oyundan öncə zədəli futbolçusu Muarem Muaremdən sevindirici xəbər alıb.  Zədə səbəbindən ardıcıl iki oyunda komandasına kömək edə bilməyən makedoniyalı futbolçu artıq məşqlərini bərpa edib. Təcrübəli yarımmüdafiəçi şans qazanacağı təqdirdə "Sumqayıt”la qarşılaşmada komandasına kömək edə biləcək.
 
Qeyd edək ki, "Qarabağ” – "Sumqayıt” qarşılaşması bu gün baş tutacaq. "İnter Arena”da reallaşacaq matç saat 19:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right