Nazarovun baş məşqçisi Bundes Liqa klubu ilə müqavilə imzaladı

Almaniyanın "İnqolştadt" klubunun baş məşqçisi Ralf Hasenhütl mövsümün sonunda komandadan ayrılacaq.

Newsport.az saytının məlumatına görə, artıq avstriyalı mütəxəssin əvəzləyicisi də müəyyənləşib.

Bundesliqa təmsilçisinin rəhbərliyi "Karlsrue" klubunun baş məşqçisi Markus Kauçinski ilə anlaşıb. Yeni mövsümdən "İnqolştadt"ı çalışdıracaq Kauçinski ilə iki illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, millimizin üzvü Dmitri Nazarovun da şərəfini qoruduğu "Karlsrue" klubu II Bundesliqada geridə qalan 32 turdan sonra 46 xalla turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right