Hummels sükutu pozdu: “Çirkin açıqlama...”

Almaniyanın "Bavariya” klubunun əzəli rəqibi "Borussiya”nın aparıcı futbolçusu Mats Hummelsi transfer etmək istəməsindən xəbərdarsınız. Münhen klubunun rəsmiləri mətbuata verdiyi açıqlamada mövsümün sonunda Hummelsi rənglərinə bağlmaq niyyətində olduqlarını bildirib. 
 

Newsport.az saytının məlumatına görə,məsələ ilə bağlı rəsmi saytı vasitəsiylə açıqlama yayan Dortmund klubu Hummelsin "Bavariya”ya getmək istədiyini və bunun üçün klubdan icazə aldığını vurğulayıb. "Borussiya”nın idman direktoru Hans Yoahim Vatske də açıqlamasında Hummelse transfer üçün hər hansı problem yaratmayacaqlarını bildirib. 
 
Klub tərəfindən edilən açıqlamadan sonra "Borussiya” azarkeşlərinin Hummelsə olan hörməti, nifrətə çevrilib. Belə ki,  dortmunlular Bundes Liqanın XXXII turunda "Siqnal İduna Park”da "Volfsburq”la matçda (5-1) təcrübəli futbolçunu fitə basıblar.  Məsələdən narahat olan Hummels bu gün jurnalistlərə açıqlama verib. O, klubun rəsmi saytı vasitəsiylə yayılan açıqlamanı "çirkin açıqlama” adlandırıb: "Hər hansı qərar verməmişəm. Klubun rəsmi saytı vasitəsiylə yayılan çirkin açıqlama azarkeşlərdə mənə qarşı fərqli münasibət oyadıb”.
 
Qeyd edək ki, bu transfer baş tutsa Hummels "Borussiya”nı "Bavariya”ya dəyişən üçüncü futbolçu olacaq. Bundan əvvəl Robert Levandovski və Mario Götze də eyni addımı atmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right