Azərbaycan Premyer Liqasında XXXIII turun təyinatları açıqlanıb.
Newsport.az sayıtnın məlumatına görə, ən çox diqqət çəkən "Qarabağ” – "Sumqayıt” görüşünə göndərilən referidi.
Belə ki, qarşılaşmada ədaləti Rövşən Rəcəbov qoruyacaq. Bu, Rəcəbovun Premyer Liqada ilk oyunu olacaq.
7 may (şənbə)
15:00. "Zirə” – "Qəbələ”
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, Nahid Əliyev, Ziya Nəsirov
Zirə İdman Kompleksinin stadionu
16:00. "Xəzər Lənkəran” – "Kəpəz”
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Coşqun Həsənov, Ramil Əhmədov
"Xəzər Lənkəran” mərkəzi stadionu
17:00. "Rəvan” – "İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Elgün Adıgözəlli, Fərid Məmmədov
"Bayıl Arena”
19:00. "Qarabağ” – "Sumqayıt”
Hakimlər: Rövşən Rəcəbov, Vaqif Musayev, Mehman Mahmudov, Elvin Əsgərov
"İnter Arena”
19:05. "Neftçi” – AZAL
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Kamran Bayramov, Rəvan Həmzəzadə
"Əlincə Arena”