"Əlincə"nin U-16 komandası gümüş medallara sahib oldu

“Əlincə”nin 16 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionatının gümüş medallarını qazanıb. 

Newsport.az-ın klubun rəsmi saytın istinadən verdiyi məlumata görə, Vasif Haqveriyevin yetirmələri medallara son turda səfərdə "Sumqayıt"la keçirdiyi oyunda sahib çıxıb. 0:0 hesabı ilə bərabərə qalan komandamız 28 oyundan sonra xal hesabını 65-ə çatdırıb. Bununla da “Əlincə” çempionatı ən yaxın izləyicisi “Neftçi”dən 1 xal öndə bitirib və U-16 Liqasında II yeri tutub.

Çempionatda keçirdiyi 28 görüşün 20-də qələbə qazanan U-16 komandamız 5 oyunda heç-heçə oynayıb, 3-də isə məğlub olub. Rəqib qapılarına 80 dəfə yol tapan futbolçularımız öz qapılarından cəmi 12 top buraxıb və çempionatın ən az top buraxan 2 komandasından biri olub.

Xatırladaq ki, “Əlincə” 2012/2013 mövsümündə keçirilən U-15 Liqasında da gümüş medallara sahib çıxmışdı.Xatırladaq ki, “Əlincə” 2012/2013 mövsümündə keçirilən U-15 Liqasında da gümüş medallara sahib çıxmışdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right