Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ” "İnter”i 1-0 hesabı ilə məğlub edib.
Newsport.az-ın məlumatına görə,oyunsonrası mətbuat konfransında "İnter”in baş məşqçisi Zaur Svanadze qarşılaşma haqqında danışıb: "Yaxşı oynadıq. İkinci hissədə çox qol vəziyyətləri yaratdıq. Özlərini göstərmək üçün gənc futbolçulara şans vermişdik. Düşünürəm ki, onlar öz imkanlarından yararlandırlar.”
- Mirhüseyn Seyidovun oyununda eniş hiss etmirsiniz?
- Mirhüseyn üçün çox çətindi. Zədədən qayıdıb. Onun belə oynamasını karyerasında eniş kimi dəyərləndrimirəm.
- Finala vəsiqə qazanmadığınız üçün üzülürsünüzmü?
- Əgər rəqibimiz "Qarabağ” olmasaydı şansımız var idi. Əlbəttə, finala vəsiqə qazanmadığımız üçün çox üzülürəm. "Qarabağ”ın yaxşı heyəti var. Dediyim kimi bu gün gənc futbolçulara şans vermişdim. Düşünürəm ki, onlar bu gün şanslarından yaxşı yararlandılar.