Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ” "İnter”i qəbul edir. Newsport.az saytının məlumatına görə, Masazırda yerləşən "Əlincə Arena” satdionunda baş tutan matçı izləyənlər arasında milli komandamıın baş məşqçisi Robert Prosineçki də var. Xorvatiyalı mütəxəssislə yanaşı oyunun köməkçiləri də oyunu izləyirlər. Belə ki, qapıçı məşqçisi Faiq Əzizov və köməkçi məşqçi Mahmud Qurbanov da Masazıra təşrif buyuranlar arasındadı.