"Qarabağ" - "İnter" oyununda azarkeş meydana girdi FOTO

Bu dəqiqələrdə Masazırdakı Əlincə stadionunda davam edən "Qarabağ" - "İnter" oyununda maraqlı hadisə baş verdi.

 Newsport.az-ın stadionda olan əməkdaşı xəbər verir ki, qarşılaşmanın 13-cü dəqiqəsində meydana azarkeş daxil olub.

"Qarabağ"ın "İmarət" fanklubunun fanatı Mahir Mədətovun "97" nömrəli futbolkası ilə meydana girib yarım dövrə vurub. Əlində klubun bayrağı olan fanatı təhlükəsizlik əməkdaşları sillələyə-sillələyə meydandan çıxarıblar.

Futbolçular və azarkeşlər mühafizəşiyə "vurma, vurma" desələr də, stadion əməkdaşı buna məhl qoymayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right