Millimizin açıq məşqi olacaq

Avropa çempionatının final mərhələsində sabah ilk oyununu keçirəcək 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının bu gün məşqə çıxacaq. 

Newsport.az saytının məlumatına görə, saat 18:00-da başlayacaq məşq Bakı Olimpiya Stadionunun 2-ci meydanında keçiriləcək. 

Məşqin ilk 15 dəqiqəsi KİV nümayəndələri üçün açıq olacaq.

Qeyd edək ki, yığmamız Avropa çempionatında ilk oyununu sabah Portuqaliyaya qarşı keçirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right