“Komandamız oyuna tam hazırdı. Zədəlilərimiz sıraya dönüb. Hazırda yalnız sabahkı görüşü düşünürük”.
Newsport.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Təbriz Həsənov deyib.
U-17 yığmamız sabah Avropa çempionatının ilk turunda Portuqaliya ilə üz-üzə gələcək.
Oyunöncəsi mətbuat konfransında Həsənov azarkeşlərin dəstəyinə ehtiyac duyduqlarını bildirib: “Ümid edirəm ki, azarkeşlərin dəstəyi bizə kömək olacaq. Bu məqamızın oyunumuza müsbət təsir göstərəcyini düşünürəm”.
Millimizin çalışdırıcısı Portuqaliya haqda da fikirlərini açıqlayıb: “Portuqaliyanın 3 oyununu izləmişəm. Hər 3 oyunda portuqaliyalılar qalib gəliblər. Sürətli, texnikalı oyunçuları var. Lakin biz sabah meydana qələbə qazanmaq üçün çıxacağıq”.
Təbriz Həsənov komandasının uğur qazanmağa hazır olduğunu qeyd edib: “Məqsədimiz qrupdan çıxmaqdır. Bunun üçün hər oyunda meydana qələbə üçün çıxacağıq. Komandam buna inanır. Sabahkı qarşılaşmada oyunumuzun nə dərəcədə alınıb-alınmayacağığı görəcəyik”.
Futbolxeber.az