“Qarabağ”la matçöncəsi “İnter”də ciddi itkilər

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmaları çərçivəsində səfərdə "Qarabağ”ın qonağı olacaq "İnter”in heyətində ciddi itkilər var.
 

Newsport.az saytının məlumatına görə, baş məşqçi Zaur Svanadze qarşılaşmada 5 əsas futbolçusunun xidmətindən istifadə edə bilməyəcək. Belə ki, Zurab Xizanişvili, Rauf Əliyev, Nizami Hacıyev, İlkin Qırtımov və Elnur Abdulayev zədə səbəbindən Ağdam klubu ilə qarşılaşmada komandaya kömək edə bilməyəcəklər.
 
Qeyd edək ki, komandalar arasında baş tutan ilk matç "Qarabağ”ın 4-0 hesablı qələbəsi ilə başa çatıb. Cavab matçı isə sabah saat 19:00-da "Əlincə” klubunun stadionunda baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right