UEFA Kosovanın üzvlüyünü qəbul etdi

Kosova Futbol Federasiyası UEFA-nın üzvlüyünə daxil olub.
Newsport.az-ın məlumatına görə, bu barədə qərar Macarıstanın paytaxtı Budapeştdə keçirilən UEFA Konqresindəki səsvermənin yekunlarına əsasən verilib. 
Kosovanın üzvlüyü lehinə 28, əleyhinə isə 24 səs verilib. 2  bülleten isə ümumilikdə etibarsız sayılıb. Kosovanın üzvlüyə daxil olmasından sonra UEFA-ya üzv olan ölkələrin sayı 55-ə çatıb.
İndiki halda Kosova Futbol Federasiyası FİFA üzvlüyünə qəbul olunması üçün ərizə verə və DÇ 2018-in seçmə qrup mərhələsində iştirak edə bilər. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right