Asiya Çempionlar Liqasında qrup mərhələsinin son turunun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu evdə Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Hilal"ı qəbul edəcək.
Artıq qrup liderliyini təmin edən "Trakto Sazi" üçün bu görüş formal xarakter daşıyır. "Əl Hilal" isə ikinci pillədəki mövqeyini qoruması üçün səfərdən qələbə ilə ayrılmalıdır. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.
Qeyd edək ki, "Traktor Sazi" 12 xalla turnir cədvəlinin 1-ci, "Əl Hilal" isə 8 xalla ikinci pilləsində qərarlaşıb. Yeddi xalla 3-cü pillədə yer alan "Paxtakor" (Özbəkistan) növbəti mərhələyə yüksəlmək şansını saxlayır. Bunun üçün "Paxtakor" son turda qalib gəlməli, "Əl Hilal" isə "Traktor Sazi" ilə görüşdə xal itirməlidir.
3 may
Asiya Çempionlar Liqası, qrup mərhələsində 6-cı tur
18:30. "Traktor Sazi" - "Əl Hilal" - 1:2
Qollar: Salem Al-Davsati, 16 (0:1), Aloys Nong, 48 (1:1), Ailton, 72 (1:2)