“Bakı” və “Energetik”in futbolçularına sərt cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Newsport.az-ın məlumatına görə, iclasda I Divizionun son turunda baş verən qayda pozuntularına baxılıb və cazalar bəlli olub: 
I Divizionun XXIV turunun "Bakılı” – "Şahdağ” matçının 11-ci dəqiqəsində "Şahdağ” klubunun 10 №-li futbolçusu   Vüsal Səfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
I Divizionun XXIV turunun "Energetik” – "Bakı” matçının 45-ci dəqiqəsində "Energetik” klubunun 17 №-li futbolçusu Etibar Alıyev və"Bakı”nın 41 №-li futbolçusu Müşfiq İlyasov rəqibi təhqir etdiylərinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 3 oyun cəzalanır, klublar 200 manat cərimə olunur.
Oyunun 45-ci dəqiqəsində "Energetik” klubunun 1 №-li futbolçusu Zamir Cəlilov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 4 oyun cəzalanır, klub 400 manat cərimə olunur.
Oyunun 85-ci dəqiqəsində "Bakı” klubunun 56 №-li futbolçusu Qeyrət Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right