Azərbaycan Premyer Liqasının XXXIII turunda "Kəpəz”i qəbul edəcək "Xəzər Lənkəran” matçın hazırlığına bu gün start verəcək.
Newsport.az-ın məlumatına görə, cənublular doğma meydanda hazırlaşacaq. Elbrus Məmmədovun komandasının Gəncə təmsilçisi ilə matça itkisiz çıxacağı gözlənilir.
Belə ki, İlyas Səfərzadə artıq sağalıb. Ötən tur səhhətindəki problemə görə, AZAL-a qarşı oynaya bilməyn müdafiəçi "Kəpəz"lə matçda meydana çıxa biləcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Neftçi" oyunu mayın 7-də baş tutacaq.