Haqverdiyevə 5, Qurban Qurbanovun oğluna 1 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Newsport.az-ın məlumatına görə, Aşağı yaş qrupları üzrə liqalarda qeydə alınan hadisələri araşdıran komitə müvafiq qərarlarla günahkarları cəzalandırıb: 
 
U-16 Liqasının "Neftçi” ilə matçının 75-ci dəqiqəsində "Əlincə”nin baş məşqçisi Vasif Haqverdiyev hakimlər briqadasını təhqir edib. Baş məşqçi bu hərəkətinə görə 5 oyunluq cəzaya məruz qalıb.
 
"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı da cəza alan oyunçular arasındadı. U-14 Liqasında "Kəpəz” – "Neftçi” PFK matçının 18-ci dəqiqəsində  bakılıların hücumçusu ilə rəqib futbolçu Nemət Musayev arasında gərginlik yaşanıb. Aqressiv hərəkətə görə  qırmızı vərəqə alan hər iki futbolçu 1 oyunluq cəzaya məruz qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right