Almaniyadan "Qarabağ" üçün şad xəbər

Öncədən də xəbər verdiyimiz kimi "Qarabağ"ın zədəli futbolçusu Rahid Əmirquliyev müayinə üçün Almaniyaya yollanıb.

Newsport.az.sasytının məlumatına görə, Ağdam klubunun yarımmüdafiəçisi ötən gün Münhendə müayinədən keçib. 

Həkimlər R.Əmirquliyevin durumunun olduqca yaxşı olduğunu bildiriblər. Bərpa prosesi qaydasında gedir. Futbolçu bugündən məşqlərə başlayacaq.

Millimizin də şərəfini qoruyan təcrübəli oyunçu Çempionlar Liqasında "Qarabağ"a kömək edə biləcək.

Qeyd edək ki, “Qarabağ”a keçdikdən sonra 2 dəfə zədələnən Rahid Əmirquliyev Ağdam klubunun heyətində ümumilikdə 3 oyunda iştirak edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right