Ruslan Abışov “Neftçi” ilə kubok oyununda iştirak edə biləcəkmi?

Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində doğma meydanında "Neftçi”ni qəbul edəcək "Qəbələ”  qarşılaşmanın hazırlıqlarını davam etdirir. 
 

Newsport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Roman Qriqorçuk 2 gün sonra baş tutacaq məşqdən sonra komandanın əsas müdafiəçisi Ruslan Abışovdan sevindirici xəbər alıb. Premyer Liqanın XXX turunda "Rəvan”la ev matçında xəsarət alan Abışov məşqlərini bərpa edib. O, "Neftçi” ilə matçda şans qazanacağı təqdirdə komandasına kömək edə biləcək. 
 
Qeyd edək ki, mayın 4-də baş tutacaq matç 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right